"Lənkəran"ın basketbolçusu: "Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı"
Far.Az xəbər saytı

"Lənkəran"ın basketbolçusu: "Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı"


Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı.

"Far.Az" xəbər verir ki, bunu “Lənkəran”nın gənc basketbolçusu Varid Ağasızadə Azərbaycan Basketbol Liqasının VII turunda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşdən öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

20 yaşlı oyunçu rəqibi yaxşı təhlil etdiklərini söyləyib:

“Səhvlərimə baxmayaraq, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Heyətimiz tam olmasa da, qələbə üçün əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik. Məqsədimiz hər dəfə eynidir - yalnız qələbə! Son 3 oyunda məğlub olmağımıza baxmayaraq, komandada ab-hava əladır. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni edib, qələbələrimizin sayını artıracağımıza inanıram”.

O, çempionatın bu il daha maraqlı olduğunu bildirib:

“Ötən ilə nisbətən bu il liqa daha maraqlı keçir. Yeni klublar yaradılıb və 2 qrupun olması rəqabətə təsir göstərir. Əksər oyunlar başabaş keçir”.

Qeyd edək ki, "Sumqayıt" - "Lənkəran" matçı bu gün Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər