"Turan Tovuz" klubunun insult keçirən rəsmisi müalicəsini ev şəraitində davam etdirir
"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənov müalicəsini ev şəraitində davam etdirir.
Bu barədə "Report"a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:
"Artıq 3 gündür ki, atam evə buraxılıb. Müalicəsini ev şəraitində alır və həkim nəzarətindədir. Bildiyiniz kimi, sağ əli və nitqində problemlər var. Bununla belə, həkimlər təxminən 1 ay ərzində onun səhhətində böyük irəliləyişin olacağın bildiriblər. Hazırda şüuru yerindədir və hamını tanıya bilir. Müəyyən sözlər var ki, onları söyləməyə çalışır".
İ.Həsənovun oğlu atasının müalicəsində "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin öz dəstəyini göstərdiyini söyləyib:
"Ehtiram müəllimə öz dərin təşəkkürümü bildirirəm. O, tez-tez atamın vəziyyəti ilə maraqlanır və lazımı dəstəyi göstərir".
Qeyd edək ki, İman Həsənov ötən ay insult keçirib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
Son 30 ildə dünyada insult hallarının sayı kəskin şəkildə artıb
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?













