"Lənkəran"ın basketbolçusu: "Hədəfimiz hər oyunda qələbə qazanmaqdır"
Son zamanlar çətin dövr keçiririk, buna görə hədəfimiz hər oyunda qələbə qazanmaqdır.
"Report" xəbər verir ki, bunu “Lənkəran” klubunun amerikalı basketbolçusu Andre Ballin deyib.
Basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında həm ötən oyundakı çıxışı, həm də bu gün VIII turda baş tutacaq "Quba"ya qarşı görüş haqqında danışıb:
"Sumqayıt"a qalib gəlməli idik. Çünki son zamanlar çətin dövr keçiririk, buna görə hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Fərdi çıxışımda güclü və zəif tərəflər var, amma əsas odur ki, hər zaman qələbə üçün mübarizə aparıram və bunu edəcəyəm. "Quba" ilə matçda qələbə qazanacağımıza inanıram. Məşqlərdə doğru şeyləri müzakirə edirik. Sadəcə bunu oyunda doğru icra etmək qalır.
O, daha çox istifadə etdiyi "dunklar"la bağlı sualı cavablandırıb:
"Xüsusi olaraq onlar üçün çalışmıram, amma “dunklar”ın oyuna gətirdiyi enerji və həyəcanı çox sevirəm".
Amerikalı oyunçu çempionatın səviyyəsi haqqında da fikirlərini bölüşüb:
"Azərbaycan Basketbol Liqasındakı rəqabəti bəyənirəm. Bu liqa mənə peşəkar karyeramda düzgün yol göstərir və basketbolçu olaraq irəliləməyimdə böyük rol oynayır".
Basketbolçu komandasının təmsil etdiyi Lənkəranda ən çox nəyi bəyənməsi haqqında sualı da cavablandırıb:
"Lənkəran gözəl bir yerdir, insanlar çox səmimi və mehribandır. Həmçinin, Azərbaycanda getdiyim bütün yerlər də belədir".
Qeyd edək ki, "Lənkəran" - "Quba" matçı bu gün Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda saat 14:00-da başlayacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib













