Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan beş nəfərin nəşi Zaqatala rayonuna gətirilib.
"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Carayev Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim Süleyman oğlu və 1981-ci il təvəllüdlü Ceerov Xizri İsa oğlunun, Höytala kənd sakini, 1966-cı il təvəllüdlü İgidova Nərminə Salah qızı və Maqov kənd sakini 1996-cı il təvəllüdlü Kostiyev İbrahimxəlil Makkaşərif oğlunun nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakini olub, onlardan 5-i qəza zamanı həyatını itirib.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













