Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
Təxminən 50 ölkənin lideri, Avropa Şurasının prezidenti Antoniu Koşta və İrlandiyanın Baş naziri Mixol Martinin Dublində həmsədrlik edəcəyi Avropa Siyasi Birliyinin (ESP) 12 noyabr, cümə axşamı günü doqquzuncu sammitində bir araya gələcək.
"Report"un Avropa bürosunun Aİ Şurasına İrlandiya sədrliyinə istinadən verdiyi məlumata görə, sammitin mövzusu "Avropa güclü, təhlükəsiz və bir-biri ilə əlaqəlidir" olacaq.
İrlandiya sədrliyi sammitin coğrafi əhatə dairəsini "İslandiyadan Ermənistana və Azərbaycana qədər uzanan" ("Stretching from Iceland to Armenia and Azerbaijan") olaraq təyin edib. Tədbirə ümumilikdə, əhalisi 700 milyondan çox olan 47 ölkənin lideri, eləcə də Aİ institutlarının və digər Avropa və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.
Kanadanın Baş naziri Mark Karni sammitdə xüsusi qonaq kimi iştirak edəcək.
Müzakirələr geosiyasi çətinliklər fonunda Avropa iqtisadiyyatının gücləndirilməsi, innovasiya və nəqliyyat və enerji əlaqələrinin inkişafı, davam edən Rusiya təcavüzü qarşısında Ukraynaya dəstək verilməsi, hibrid təhdidlərə və demokratik institutları sarsıtmaq cəhdlərinə qarşı mübarizə mövzularına yönələcək.
İclas ərəfəsində Avropa İttifaqı Şurasının yüksək vəzifəli rəsmisi açıqlayıb ki, sammitin gündəliyinə Ukrayna Prezidenti Volodimir Zelenski və Antoniu Koşta ilə plenar iclas, ardınca isə iki tematik dəyirmi masa daxildir.
Birinci iclas Avropanın rəqabət qabiliyyətinin artırılmasına, o cümlədən innovasiya, qarşılıqlı əlaqə və əlçatan enerjiyə, ikincisi isə demokratik Avropanın qorunmasına və gücləndirilməsinə həsr olunacaq.
Rəsmi şəxsin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi müzakirə mövzusu olaraq qalacaq. Həmçinin Avropa infrastrukturunu, sərhədlərini və cəmiyyətlərini hədəf alan hibrid kampaniyalara xüsusi diqqət ayrılacaq.
Bütün Avropa İttifaqı ölkələrinin liderlərinə, daha geniş Avropa qonşuluğundakı dövlətlərə, Aİ institutlarının nümayəndələrinə və digər Avropa və beynəlxalq təşkilatlara dəvətnamələr göndərilib.
Əsas iclaslardan əlavə, liderlərin bir sıra və çoxtərəfli görüşlər keçirməsi gözlənilir. Avropa İttifaqı Şurasının yüksək vəzifəli rəsmisi qeyd edib ki, bu cür əlaqələrin müxtəlif formatlarda mümkünlüyü Avropa Siyasi Birliyinin işinin əsas tərkib hissəsidir.
Avropa Siyasi Birliyi Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlamasından sonra, 2022-ci ildə Avropa ölkələri arasında siyasi və strateji dialoq üçün platforma kimi yaradılıb. Birliyin üzvləri ildə iki dəfə görüşür. İlk görüş 2022-ci ilin oktyabrında Praqada baş tutub.
Qeyd edək ki, Azərbaycan 2028-ci ilin yazında EPS-nin sammitinə ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













