Bugün
ABŞ Senatının rəsmisi: “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşıb ABŞ Senatının rəsmisi: “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşıb
Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı mitinq başa çatıb Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı mitinq başa çatıb
Gürcüstan Prezidenti: Zorakılıq xalqı dayandıra bilməz Gürcüstan Prezidenti: Zorakılıq xalqı dayandıra bilməz
Avropa Komissiyasının rəhbəri Gürcüstandakı vəziyyətdən narahatdır Avropa Komissiyasının rəhbəri Gürcüstandakı vəziyyətdən narahatdır
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb   Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  
Tbilisidə etirazçılar Ədliyyə Palatasının binasına yürüş edərək yolu bağlayblar Tbilisidə etirazçılar Ədliyyə Palatasının binasına yürüş edərək yolu bağlayblar
Gürcüstanın DİN etirazçıların gözyaşardıcı, boğucu qazı haradan aldığını araşdıracaq Gürcüstanın DİN etirazçıların gözyaşardıcı, boğucu qazı haradan aldığını araşdıracaq
Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Gürcüstanda aksiyada bir neçə etrazçı xəsarət alıb Gürcüstanda aksiyada bir neçə etrazçı xəsarət alıb

24-01-2024, 13:55 89

Ekspert: “Rəqabət Məcəlləsi KOB-ların yaranmasına və inkişafına xidmət edir” Ekspert: “Rəqabət Məcəlləsi KOB-ların yaranmasına və inkişafına xidmət edir” Azərbaycanda bu il yeni qəbul edilən Rəqabət Məcəlləsi kənardan sosial rifaha xidmət edirmiş kimi görünməsə də, onun yönəldiyi fəaliyyət istiqamətləri birbaşa ə

Azərbaycanda bu il yeni qəbul edilən Rəqabət Məcəlləsi kənardan sosial rifaha xidmət edirmiş kimi görünməsə də, onun yönəldiyi fəaliyyət istiqamətləri birbaşa əhaliyə xidmət edən sahələrdir.

Bu barədə “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O qeyd edib ki, ölkədə sahibkarlığın inkişafı dolayısı yolla əhalinin sosial rifahına xidmət edir.

Məcəllə KOB-ların inkişafına xidmət edir

“Sahibkarlığın inkişafı məşğulluğu təmin edir, əməkhaqqlarının yüksəlməsinə imkan verir, insanların məhsullara və ehtiyaclarının ödənilməsinə əlçatanlığı təmin edir. Regionlarda məşğulluğun təmin olunmasında əsas alət kimi kiçik və orta biznes subyektləri (KOB) çıxış edir. Rəqabət Məcəlləsi KOB-ların yaranmasına və inkişafına xidmət edir”, - E.Əmirov qeyd edib.

Ekspertin sözlərinə görə, Rəqabət Məcəlləsi hər bir ölkənin iqtisadi qanunvericilik bazasının vacib hüquqi sənədidir:

“Bu, həm də ölkədə sahibkarlıq subyektlərinin inkişafına və yenilərinin yaranmasına imkan yaradan bir məcəllədir. Rəqabətin olmadığı yerdə iqtisadi inkişafdan danışmağa dəyməz. Rəqabətin olması üçün isə mütləq bu rəqabəti dəstəkləyən hüquqi baza olmalıdır. Bu baxımdan Rəqabət Məcəlləsi ölkədə sahibkarlığın inkişafına, yeni sahibkarlıq subyektlərinin yaranmasına, rəqabətli bazar mühitinin formalaşmasına ciddi töhfə verir. Rəqabət mühiti olanda investorlar da bazara daha çox maraq göstərir. Rəqabətin olduğu yerdə biznes mühiti inkişaf edir, inhisarçılıq meylləri azalır”.

Hələ görülməli işlər var

E.Əmirov hesab edir ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi ilə hələ bütün məsələlər bitmir: "Görülməli işlər kifayət qədərdir. Buna görə də Prezident Nazirlər Kabinetinə bir sıra ciddi tapşırıqlar verib. Belə ki, Nazirlər Kabineti altı ay müddətinə Məcəllənin tələblərinin pozulmasına görə məsuliyyətin növləri və bu kriteriyada olan digər məsələlərin əks olunduğu qanun layihəsini hazırlayıb Prezidentə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti bu Məcəllənin ədalətli və işlək hala gəlməsi üçün onun tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını, bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını, götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını, maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını ölkə başçısı ilə razılaşdırmaqla təsdiq etməlidir”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.

Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Region

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Region

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
Türkiyə ordusu İraqda şəhid verib

Region

Türkiyə ordusu İraqda şəhid verib

Türkiyə ordusu İraqda şəhid verib
Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Energetika

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Region

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Biznes

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Region

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub