Bugün
Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib
Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb
Samir Seyidəhmədli: "Naxçıvanda fəaliyyətə başlayan sahibkarların sayı 2 dəfədən çox artıb" Samir Seyidəhmədli: "Naxçıvanda fəaliyyətə başlayan sahibkarların sayı 2 dəfədən çox artıb"
Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək
Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir" Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir"
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək
Naxçıvanda alternativ enerji istehsalı üçün ayrılan sahənin həcmi açıqlanıb Naxçıvanda alternativ enerji istehsalı üçün ayrılan sahənin həcmi açıqlanıb
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir   Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir  
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

24-01-2024, 13:55 78

Komissar Borrell qırmızı xətti keçib - Azərbaycan-Aİ əlaqələri təhlükə altındadır - ŞƏRH Komissar Borrell qırmızı xətti keçib - Azərbaycan-Aİ əlaqələri təhlükə altındadır - ŞƏRH Azərbaycan gənclərinə böyükləri “avropalaşmağı da məsləhət görüb, vəsiyyət edib. Ancaq avropalıların qurduğu Avropa İttifaqı kimi nüfuzlu təşkilatın rəhbə

Azərbaycan gənclərinə böyükləri “avropalaşmağı" da məsləhət görüb, vəsiyyət edib. Ancaq avropalıların qurduğu Avropa İttifaqı kimi nüfuzlu təşkilatın rəhbərlərinin çıxışlarını təhlil edəndə fərqli mənzərə yaranır. Bu qurumda baş verən korrupsiya və ədalətsiz mövqe təəssüf və təəccüb yaradır.

Son günlər isə Avropa İttifaqının rəhbərliyi faktları saxtalaşdırmağa, təhrif etməyə başlayıb. Bu, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrellin çıxışlarında özünü daha qabarıq göstərir. O iddia edir ki, guya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edib. Guya Azərbaycan Ermənistan ərazisini “işğal edib” və s. təhriflərlə Azərbaycana qarşı ittihamlar irəli sürüb.

Aİ-də Fransa hakimiyyəti hegemonluq edir. Borrellin də çıxışı daha çox rəsmi Parisin nümayəndəsinin çıxışını xatırladır.

Azərbaycan və Ermənistan rəsmiləri sülh, danışıqlarla bağlı məsələləri müzakirə etməklə bağlı açıqlamalar verdikləri bir şəraitdə Avropa İttifaqı rəsmisinin bu təhrif dolu çıxışı iki ölkə arasında normallaşma prosesinə zərbə vurur. Belə çıxışlar rəsmi Bakının İrəvana etimadına, etibarına xələl yetirir.

Aİ rəsmisinin çıxışındakı təhriflərin bəzilərinə münasibət bildirmək istərdik. Azərbaycan Ermənistana heç vaxt ərazi iddiası irəli sürməyib. Sadəcə, rəsmi Bakı tarixi faktları və Ermənistan adlı dövlətin son yüz ildə yaranması prosesinə, habelə bu ölkənin erməniləşməsinə, azərbaycanlıların (türklərin) bu ölkədən sıxışdırılmasına dair tarixi faktları sadalayıb. Bundan başqa, həmin ərazilərin doğrudan da türklərə aid olduğunu təsdiqləyən yer adlarının süni olaraq erməniləşdirilməsinə münasibət bildirib tarixi təhriflərin və ədalətsizliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Aİ-nin ali nümayəndəsinin faktları açıq-aşkar təhrif etməsi ilk hal deyil, bundan əvvəl Borrellin hətta ermənilərin özlərinin də “120 min” hesab etdiyi Qarabağ ermənilərinin sayını “150 min” kimi səsləndirməsi də mexaniki səhv deyildi.

Azərbaycanla Ermənistan arasında sərhəd müəyyənləşməyib. Digər tərəfdən həmin bölgələrdən Azərbaycana qarşı daim təhrikedici hadisələr törədilir. Bunun qarşısının alınması, regiona köçürülən azərbaycanlı məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə rəsmi Bakı həmin istiqamətdə sərhədçilərini saxlayır.

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı illərdə bölgədə torpaqlarına heç vaxt sərhəd nişanı qoymayıb. Bununla da iki dövlət arasında sərhədlərin qeyri-müəyyən olduğunu əməli ilə təsdiqləyib.

Cozef Borrell və Avropa İttifaqının ayrı-ayrı rəsmiləri heç vaxt 300 minə yaxın qərbi azərbaycanlının pozulmuş hüquqlarından bəhs etməyib, onların pozulan haqlarının bərpa edilməsi ilə bağlı rəsmi İrəvana etiraz bildirməyib.

Aİ rəsmisi Fransanın vəkili rolunda da özünü göstərib. Fransa diplomatlarının Azərbaycan ərazisində casusluğu, dövlətin əleyhinə fəaliyyətini müdafiə edib, rəsmi Parislə həmrəyliyini bildirib.

Aİ rəsmisinin çıxışı yada Fransa Prezidenti Emmanuel Makronun və komandasının, habelə bu ölkə parlamentarilərinin anti-Azərbaycan, saxta çıxışlarını xatırladır. Sanki Borrell Yelisey sarayının Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı yazdıqlarını oxuyur. Elə Aİ də özünü Fransa kimi aparır. Çünki Avropa İttifaqı beynəlxalq aləmdə baş verən hadisələrdə mövqesiz haldadır. Britaniyanın İttifaqı tərk etməsi isə onun nüfuzunun göstəricisidir. Avropa İttifaqı yarandığı gündən indiyədək ABŞ-nin kölgəsində böyüyüb, özünü böyük görüb. İndi belə vəziyyətdə özünü güc mərkəzi olaraq görür. Buna isə gücü çatmır. Odur ki, Borrellin timsalında səhvlərə, təhriflərə və saxtakarlıqlara yol verir.

Odur ki, Avropa İttifaqının rəsmisinin bu kimi çıxışları təşkilatın nüfuzuna zərbə vurur. O bu çıxışı ilə qırmızı xətti keçib. Borrell Azərbaycan-Aİ əlaqələrinə çox böyük zərbə vurub. Təşkilata etimadı zədələyib. O və onun kimi fəaliyyət göstərənlər faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Aİ-nin rolunu, rəsmi Bakı ilə İrəvan arasında vasitəçiliyini heçə endirir. Atalarımız yaxşı deyiblər: “Kovxası gülüm olanın başına külüm olar”.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Region

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Region

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
Türkiyə ordusu İraqda şəhid verib

Region

Türkiyə ordusu İraqda şəhid verib

Türkiyə ordusu İraqda şəhid verib
Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Energetika

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Region

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Biznes

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Region

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub