Monteneqroda silahlı insidentdə azı 10 nəfər ölüb, şübhəli axtarışdadır - YENİLƏNİB
Far.Az xəbər saytı

Monteneqroda silahlı insidentdə azı 10 nəfər ölüb, şübhəli axtarışdadır - YENİLƏNİB


Monteneqronun Setinye şəhərində kafelərin birində baş vermiş silahlı insidentdə azı 10 nəfər ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransında bildirib.

“Cinayəti törətməkdə şübhəli bilinən Atso Martinoviç azı 10 nəfəri, o cümlədən 2 yetkinlik yaşına çatmayan şəxsi həyatdan məhrum edib”, – daxili işlər naziri deyib və atıcının öz ailəsinin də bir neçə üzvünü öldürdüyünü vurğulayıb.

Nazir şübhəli şəxs həbs olunana qədər Tsetinye sakinlərini evlərini tərk etməməyə çağırıb və əlavə edib ki, sözügedən şəxs silahlıdır və avtomobillə hərəkət edir.

22:55

Monteneqronun Setinye şəhərində kafelərin birində baş vermiş silahlı insidentdə yeddi nəfər ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə ölkənin RTCG telekanalı bildirib.

“Bu gün Setinyedə ictimai iaşə müəssisələrindən birində bir neçə nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib. Silahlı hücum edən hadisə yerindən qaçıb. Polis İdarəsi vətəndaşları sakitliyə çağırır və evlərini tərk etməməyə çağırır. RTCG-nin məlumatına görə, ölənlərin sayı azı yeddi nəfərdir, bir nəfər yaralanıb”, – deyə “hücum edənin iki yetkinlik yaşına çatmayan şəxsi öldürdüyü” dəqiqləşdirilməklə məlumatda qeyd olunub.

Yerli polis idarəsinin məlumatına görə, 45 yaşlı kişi “odlu silahdan istifadə edərək bir neçə nəfəri öldürüb, silahlı şəkildə müəssisəni tərk edib və hadisə yerindən qaçıb”.

“İctimaiyyətə bildiririk ki, bu tək hadisədir və mütəşəkkil cinayətkar qrupların qarşıdurması ilə bağlı deyil. Böhranlı vəziyyətin tənzimlənməsi üçün əraziyə xüsusi polis bölmələri göndərilib”, – hüquq-mühafizə orqanının bəyanatında deyilib.

Oxşar xəbərlər

Monteneqroda silahlı insidentdə 7 nəfər ölüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb
Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların səlahiyyətlərinin artırılması təklif olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər