Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilib
Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Sonra birgə foto çəkdirilib.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Prezident, birinci xanım və Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - YENİLƏNİB
Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub - VİDEO
Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
Prezident İlham Əliyev: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir













