1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
Dünyanın ən böyük parol idarəetmə platformalarından biri olan 1Password kiberhücuma məruz qalıb.
"Report" Bloomberg-ə istinadən xəbər verir ki, hakerlər platformanın bəzi daxili sistemlərinə daxil olaraq istifadəçi hesabları ilə bağlı məlumatların bir hissəsini ələ keçiriblər.
Hücum nəticəsində istifadəçilərin adları, elektron poçt ünvanları, hesabların yaradılma tarixləri, sistemdən çıxış vaxtları, eləcə də hesablarla bağlı məxfi olmayan daxili metadatalar əldə edilib.
1Password şirkəti parol anbarının sındırılmadığını bildirib. Bununla belə, şirkət müştəriləri "1Password" adından göndərilən gözlənilməz elektron məktublara, mətn mesajlarına və telefon zənglərinə qarşı diqqətli olmağa çağırıb.
Platformanın rəhbərliyi hakerlərin əməkdaşlardan birinin korporativ GitHub hesabına giriş əldə etməsindən sonra araşdırmaya başlayıb. Bildirilib ki, kibercinayətkarlar bu hesabdan istifadə edərək mənbə koduna daxil olub və arxa plan xidmətlərinə zərərli kod yerləşdiriblər. Bu isə onlara istifadəçi məlumatlarını ələ keçirməyə imkan verib.
Şirkət həmçinin xatırladıb ki, 1Password heç vaxt müştərilərdən parol və ya gizli açar tələb etmək üçün onlarla əlaqə saxlamır.
Oxşar xəbərlər
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi













