“Liverpul” gürcüstanlı yarımmüdafiəçi ilə maraqlanır
İngiltərənin “Liverpul” futbol klubu “Napoli”nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanı transfer edə bilər.
“Report” xəbər verir ki, bu barədə bildirib.
“Liverpul”, bu transfer pəncərəsində klubdan ayrılması qərarlaşdırılarsa, “Napoli”dən Xviça Kvaratsxeliyanı transfer etməyi nəzərdən keçirə bilər”, – idman nəşrinin insayderi Devid Ornstayn yazıb.
Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçinin cari klubla müqaviləsi 2027-ci ilin iyununadək qüvvədə olsa da, yeni razılaşma ilə bağlı “hərəkətsizlik” digər klubların futbolçuya olan marağını artırıb.
Ornstayn qeyd edib ki, Gürcüstan millisinin futbolçusunu transfer etmək istəyən klublar arasında Fransanın “Pari Sen-Jermen”i və İngiltərənin “Çelsi”si var.
“Napoli” klub üçün 107 oyunda 30 qol vuran və 29 məhsuldar ötürmə edən futbolçunu itirməyə tələsmir və yalnız əhəmiyyətli məbləğ qarşılığında satışa razılıq verəcək”, – jurnalist vurğulayıb.
Bununla belə, o qeyd edib ki, “qırmızılar”ın heyətində Kvaratsxeliya ilə eyni mövqedə oynaya bilən Luis Dias, Kodi Qakpo, Dioqu Jota və Darvin Nunyes kimi futbolçuları var: “Bu o deməkdir ki, Kvaratsxeliya kimi bir əlavə üçün yer açmaq üçün əhəmiyyətli bir ayrılış tələb oluna bilər — keçən ilin avqustunda “Yuventus”dən “Liverpul”a keçdikdən sonra, demək olar, heç oynamayan Federiko Kyezanın “Napoli”yə marağından asılı olmayaraq”.
“Liverpul” xüsusi olaraq Kvaratsxeliya profilində oyunçu axtarmır, lakin onu bəyənir, izləyir və bazar fürsəti yaranarsa, mübarizə aparmağa hazır olacaq”, – Ornstayn əlavə edib.
Xatırladaq ki, ötən ay Gürcüstan millisinin İspaniyanın “Valensiya” klubunun qapıçısı Georgi Mamardaşvilini transfer etmişdi. Hazırda qapıçı “yarasalar”ın heyətində icarə əsasında çıxış edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
-
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb
-
İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib
-
Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
-
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
-
Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb













