NTD-nin baş məşqçisi: “Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil”
Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq.
“Far.Az” xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının X turunda “Sərhədçi” ilə qarşılaşmadan sonra fikirlərini bildirərkən deyib.
Mütəxəssis oyunçuların bir-birilərini daha yaxşı tanımalı olduğunu vurğulayıb:
“Yeni transferlərdən razıyam. Lakin biz cəmi üç-dörd məşq keçirdik. Komandamız yenilənib. Çətin olacaq. Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq. Daha çox məşq etməliyik. Biz ruhdan düşmürük. Hələ çempionatın çox hissəsi qabaqdadır. Növbəti oyuna hazırlaşacağıq. Hər növbəti oyunda daha yaxşı oynayacağıq. Qələbələr mütləq gələcək. Sadəcə oyunçular bir-birini daha yaxşı tanımalıdırlar. Biz güclü bir komandaya qarşı oynadıq. "Sərhədçi" yaxşı basketbol nümayiş etdirir. Onların yaxşı məşqçisi var və onlar uzun müddətdir birlikdə oynayırlar. Lakin bizim də öz hədəflərimiz var və biz onlara doğru gedirik”.
Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan “Sərhədçi” - NTD görüşü meydan sahiblərinin 78:64 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
NTD-nin baş məşqçisi: "Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Messi Argentina millisində son oyununu keçirdi













