Putin Azərbaycana səfər təəssüratları barədə Paşinyanı məlumatlandırıb - YENİLƏNİB
Rusiya prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Far.Az-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib.
Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin blokdan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib.
İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub.
Təmasların davam etdirilməsi razılaşdırılıb.
***
13:12
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Far.Az Ermənistan hökumətinin saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan prezident Putinə minnətdarlığını bildirib.
Tərtəflər Ermənistan və Rusiya arasında gündəlikdəki ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi













