Plastik tullantılardan peçenye hazırlanır?
İnsanların qida rasionunda süni məhsulların payı artır. ABŞ-də plastik tullantılardan və kənd təsərrüfatı qalıqlarından peçenye hazırlandığı barədə yayılan məlumatlar isə bu cür məhsulların sağlamlıq üçün nə dərəcədə təhlükəsiz olduğu ilə bağlı müzakirələrə səbəb olub.
Bəs belə qidaların istehlakı insan sağlamlığı üçün təhlükəlidirmi? Onlardan hansı hallarda istifadə etmək olar?
Far.Az Bakı TV-yə istinadən xəbər verir ki, sakinlər süni qidaların istehsalına və istehlakına münasibətlərini bölüşüblər.
Onların bir qismi bu məhsulların insan sağlamlığına zərər verə biləcəyini düşünür və ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmasını istəyir.
Sakinlərdən biri bildirib ki, əvvəllər təbii süd məhsullarının keyfiyyəti daha yüksək olub. Onun sözlərinə görə, hazırda bazarda təbii məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlar var və insanlar müxtəlif alternativlərə üz tutmağa məcbur olurlar.
Mövzu ilə bağlı səsləndirilən fikirlərə görə, müasir texnologiyaların inkişafı süni qidaların istehsalının daha da genişlənməsinə səbəb ola bilər. Bununla belə, bu məhsulların gündəlik qida rasionuna daxil edilməsi məsələsində ehtiyatlı olmaq vacibdir.
Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov məsələ ilə bağlı bildirib ki, alternativ qidalar müəyyən fövqəladə hallarda qida çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər.
"Lakin belə qidaların tərkibində orqanizmin mineral, vitamin və enerji tələbatını davamlı şəkildə ödəmək üçün zəruri komponentlər yoxdur", - deyə o bildirib.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













