Tusk: NATO-nun Baltik dənizində patrul əməliyyatı 90 gün davam edəcək
Far.Az xəbər saytı

Tusk: NATO-nun Baltik dənizində patrul əməliyyatı 90 gün davam edəcək


Sualtı infrastrukturun mühafizəsi üçün Baltik dənizində keçiriləcək “Baltic Sentry” patrul əməliyyatı 90 gün davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Helsinkidə Şimali Avropa və Baltikyanı ölkələrin sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu, 90 gün olacaq, lakin Baltik dənizində hərbi nəzarətin uzadılması və gücləndirilməsinin imkanları ilə”, - Tusk deyib.

Onun sözlərinə görə, hələlik hər bir iştirakçının əməliyyat üçün neçə ədəd texnika ayıracağına qərar verilməyib. Tusk vurğulayıb ki, Polşa Hərbi Dəniz Qüvvələrinin dörd gəmisi Qdansk limanı və Svinoustye qaz limanı da daxil olmaqla mühüm infrastrukturu daim qoruyur.

Qeyd edək ki, bu gün Helsinkidə keçirilən Baltik Dənizi Dövlətləri Sammitində NATO-nun Baş katibi Mark Rutte Baltik dənizində patrul xidməti həyata keçirmək üçün “Baltic Sentry” missiyasının yaradıldığını elan edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər