Azərbaycanın şahmat hakimi dünya üzrə ən mötəbər yarışları idarə edəcək
Far.Az xəbər saytı

Azərbaycanın şahmat hakimi dünya üzrə ən mötəbər yarışları idarə edəcək


Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) BAKU.WS-ə verilən məlumata görə, FIDE-nin açıqladığı ən yüksək kateqoriyalı hakimlər siyahısında dünyadan 24 ədalət təmsilçisi yer alıb.

Bu hakimlərdən 13-ü Avropa ölkələrini təmsil edir. Ən yüksək kateqoriyalı hakimlərin sıralamasında Azərbaycan da var. Ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısında ölkəmizdən İlahə Qədimovanın adı qeyd olunub.

Tanınmış şahmatçı İ.Qədimova yeniyetmələr arasında dünya birinciliyinin ikiqat qalibi, 20 yaşlı şahmatçılar arasında Avropa çempionatının qızıl medalçısıdır. AŞF-nin baş katibi olan İlahə Qədimova cari ildə də bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib. FIDE tərəfindən xüsusi kateqoriyada onun adının qeyd olunması Azərbaycan şahmat hakimliyinə verilən yüksək qiymət və etimad sayılır.

Qeyd edək ki, dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan F.Həsənovun adı bu göstərici ilə ən uzunmüddətli şahmat hakimi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Oxşar xəbərlər

Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycanlı qadın şahmat hakimi: "İdman fasilə sevmir, daim məşq və davamlılıq tələb edir"
Xalq artisti Sara Qədimovanın doğum günüdür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şahmat Federasiyası 2025-ci ilin ölkə çempionatının mükafat fondu və reqlamentini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər