"Sumqayıt"ın baş məşqçisi: "Ardıcıl qələbələrlə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik"
Far.Az xəbər saytı

"Sumqayıt"ın baş məşqçisi: "Ardıcıl qələbələrlə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik"


Ardıcıl qələbələrlə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramş "Quba"ya qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Bütün oyunçularımızı təbrik edirəm. Meydanda çıxan hər bir basketbolçumuz əla oyun sərgilədi. Bu gün Saadettin Donat öz işinin öhdəsindən məharətlə gəldi. Müdafiədə əla oyun göstərdi 41 xal toplayan Zayon Yanq da yaxşı formada olduğunu bir daha sübut etdi. Komandamızın digər üzvləri də məhsuldar çıxış etdilər".

Qeyd edək ki, "Sumqayıt" - "Quba" qarşılaşması birincilərin 126:90 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər