XİN rəhbəri: Azərbaycan və Gürcüstan diqtə ilə hərəkət etmir
Bəzi böyük dövlətlərin digər ölkələrin, xüsusilə də müstəqil və suveren siyasət yürüdən ölkələrin daxili işlərinə qarışmaq cəhdi yeni tendensiya deyil.
"Far.Az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
“Yeni olan isə odur ki, bu cəhdlər indiki qədər nümayişkaranə şəkildə olmayıb”, - XİN başçısı əlavə edib.
C.Bayramov bunlara səbəb olaraq qeyd edib ki, hər iki ölkənin diqtəyə uyğun siyasət yürütməməsi bunlara gətirib çıxarıb:
“Azərbaycan və Gürcüstan diqtə ilə hərəkət etmir. Müstəqil xarici siyasət yürüdür. Buna görə bizi cəzalandırmaq niyyətindən çıxış edirlər”.
Nazir qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası COP29 kimi böyük beynəlxalq tədbir kontekstində aparıldı.
"Dövlət tərəfindən həyata keçirilən xarici siyasət xalqın maraqlarını əsas götürürsə, xarici təsirlərin heç bir effekti olmayacaq. Azərbaycan və Gürcüstan bir-birinin inkişafında maraqlıdır və sözün yaxşı mənasında biz bir-birimizdən asılıyıq", - C.Bayramov deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Qərb suveren dövlətlərə qarşı – “beşinci kolon” vasitəsilə Cənubi Qafqazın hədəfə alınmasının pərdəarxası - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
-
Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdəki beynəlxalq yarışda 4-cü olub
-
Hakan Fidan iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb
-
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
-
Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib
-
Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir













