Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir
Far.Az xəbər saytı

Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir


ABŞ Prezidenti Donald Tramp əvvəlki kimi Ağ Evin Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışmanın baş verdiyi "Washington Hilton" hotelindədir.

"Report"un xəbərinə görə, bu barədə Amerika liderini müşayiət edən Ağ Evin Mətbuat bölməsi məlumat yayıb.

"Mətbuat bölməsi hələ də Hiltondadır. Bu o deməkdir ki, ABŞ Prezidenti məkanı tərk etməyib", - müxbirlər hadisə yerindən bildiriblər.

Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib. Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər