Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb - YENİLƏNİB


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyan ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək.

Bu barədə "Far.Az" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Nazirlər Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq məqsədilə Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirəcəklər", - məlumatda deyilir.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri həmçinin Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.

"Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - məlumatda bildirilib.

17:24

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyaya işgüzar səfərə gedəcək.

“Far.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Yanvarın 21-də xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yollanacaq”, - Badalyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilməsi planlaşdırılır, görüşdən sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri - ŞƏRH
Yoxsulluq, vətəndaş müharibəsi: Aİİ-dən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər