Bugün
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3 Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3
Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2 Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2
Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB
Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub  Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 
Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb" Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"
Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib
Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq
Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır
Azərbaycanın bir rayonun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq Azərbaycanın bir rayonun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

17-04-2024, 16:55 81

Ankarada Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin təqdimatı keçirilib   Ankarada Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin təqdimatı keçirilib   Bu gün Türkiyənin paytaxtı Ankarada Hacettəpə Universitetində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin hazırladığı Türkiyədə Azərbaycan Dilinin Orfoqrafiya Lü

Bu gün Türkiyənin paytaxtı Ankarada Hacettəpə Universitetində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin hazırladığı "Türkiyədə Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti"nin təqdimat mərasimi keçirilib.

"Far.Az"un Ankara bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri, yazıçı-dramaturq Afaq Məsud, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Türk Dil Qurumunun rəhbəri Osman Mərd, Hacettəpə Universitetinin müəllimləri Şükrü Halit Akalın, Nureddin Demir, Əminə Yılmaz, Nurtac Ergün Atabaşı, Tevfik Ergun və Türkiyənin elm ictimaiyyəti, mətbuat nümayəndələri iştirak ediblər.

Afaq Məsud deyib ki, lüğətin tədqiqat və dilçilik sahəsi üçün faydalı ola biləcəyinə inanır: “Mərkəzə rəhbərlik etdiyim ilk illərdə anladım ki, belə bir lüğətə ehtiyac var. Bu minvalla artıq üçüncü lüğətimizi hazırladıq. Sizə təqdim etdiyimiz Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqlənən bu lüğətin fərqli cəhəti odur ki, fars, ərəb, rus və digər əcnəbi kökənli 60 min söz ehtiyatımızdan kənarlaşdırlıdı və bu vaxta qədər lüğətlərimizə daxil olmayan 40 min söz əlavə edildi”.

Dövlət Tərcümə Mərkəzinin rəhbəri bildirib ki, lüğətə, həmçinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamından yola çıxaraq Türk dilindən Azərbaycan dilinə daxil olmuş minlərlə söz əlavə edilib: “Yəni həmin sözlər bizim dilimizdə artıq işlənir. Çünki Türkiyə-Azərbaycan biliyinin, doğmalığının ən önəmli səbəblərindən biri dil birliyidir. Mənbə eynidir. Dövlət başçımızın da dediyi kimi, biz bir türk ailəsiyik. Və düşünürəm ki, bu kitab həm də bir ortaq türk lüğətidir”.

Hacettəpə Universitetinin professoru Nureddin Demir isə tarixi şərtlərə görə bənzərliyin, əlifbaların dəyişdiyini qeyd edib: “Lakin Azərbaycan öz müstəqilliyini təkrar qazandıqdan sonra latın əlifbasına keçdi. Bu baxımdan, təqdim olunan bu lüğət böyük əhəmiyyət kəsb edir”.

Türk Dil Qurumunun rəhbəri Osman Mərd qeyd edib ki, bir ildən çoxdur ortaq əlifba üzərində çalışırlar: “Sizin biliklərinizə, təcrübələrinizə və hətta düşüncələrinizə ehtiyacımız var. Ancaq hazırda tarixin bizi gətirdiyi nöqtədə önəmli mövzumuz ortaq dil, ortaq lüğətdir. Hazırda bununla bağlı Azərbaycan və Türkiyə ilə danışıqlar aparılır”.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov da çıxış edərək ilk Türkoloji Qurultayın 1926-cı ildə Azərbaycanda keçirildiyini xatırladıb: “Biz bununla fəxr edirik. Çünki bu, Azərbaycanın türk dünyasında nə qədər əhəmiyyətli rol oynadığını göstərir. Sevindirici haldır ki, bu qurultayın 100 illiyi ilə bağlı da Azərbaycanda konfrans keçiriləcək. Türk dünyasının bir hissəsi olaraq dilimizlə fəxr edirik və Türk xalqlarının bir-birinə yaxınlaşmasını istəyirik. Bu mənada, bu lüğətin hazırlanmasında əməyi keçən hər kəsi təbrik edirik”.

Konfrans Afaq Məsudun tərtibatı ilə hazırlanan yeni "Azərbaycan Dilinin Orfoqrafiya lüğəti" ilə bağlı Türkiyənin dilçi alimlərinin təhlili və müzakirəsi ilə davam edib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Region

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Region

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir
Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Region

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir
Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Region

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi
Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub

Futbol

Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub

Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub
Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Energetika

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

Region

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb
Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Region

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir