Bugün
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb
Qırğızıstan və Tacikistan ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər Qırğızıstan və Tacikistan ərazilərin mübadiləsi variantını nəzərdən keçirə bilər
Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıb Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıb
Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər
Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı dava düşüb Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı dava düşüb
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Ukraynada sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq Ukraynada sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq
ICGB: SCG-dən təchizat əldə etmək imkanı baxımından İGB unikal mövqeyə malikdir ICGB: SCG-dən təchizat əldə etmək imkanı baxımından İGB unikal mövqeyə malikdir
Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcək Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirəcək

18-04-2024, 19:50 27

Başlıbel kənd sakini: “Mən öz dayımı belə, kənddən çıxara bilmədim” - FOTO Başlıbel kənd sakini: “Mən öz dayımı belə, kənddən çıxara bilmədim” - FOTO SİZİN REKLAM BURADA! 055 213 76 73 Bu gün Başlıbel faciəsinin ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiklər
SİZİN REKLAM BURADA!
055 213 76 73

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.

Başlıbel kənd sakini Əməkdar müəllim Hüseyn Şahbəndəyev hadisə ilə bağlı Oxu.Az-a danışıb.

O bildirib ki, Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən olan Başlıbel həm də rayonun ən abad və hərtərəfli inkişafa malik olan kəndlərindən biri olub.

“Heç kəs Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasına inanmaq istəmirdi. Hamı elə düşünürdü ki, bu da erməni təxribatının bir formasıdır və yəqin ki, ötüb gedəcək. Buna görə də, Başlıbel kəndini tərk etmək istəmirdilər. Lakin aprelin 1-i axşam saatlarında rayon mərkəzində yaşayan başlıbellilər xəbər gətirdilər ki, siz mühasirədə qaldınız və çıxa bilməyəcəksiniz. Buna görə də, pərakəndə halda camaat kəndi tərk etdi. İlk olaraq tunel yolu ilə qadınlardan və uşaqlardan ibarət dəstəni yola salmaq qərarı alındı. Ancaq 18 kilometr getdikdən sonra kəndlərin yandığını görən kənd sakinləri geriyə qayıtdılar və camaat qarlı, keçilməz dar cığırları ilə Kəlbəcərə doğru yön almalı oldu”, - deyə Əməkdar müəllim bildirib. Onun sözlərinə görə, həmin vaxt kəndi hamı tərk etmədi.

Hüseyn Şahbəndəyev qeyd edib ki, başlıbellilər heç vaxt susmayıblar faciənin ilk günlərindən erməni vəhşiliklərini həm respublika daxilində həm də respublikadan kənarda diqqətə çatdırmaq istəyib.

“Bu barədə müxtəlif təşəbbüslər göstərmişik. Aprelin 4-də məcburi köçkün kimi mən və ailə üzvlərim İsmayıllı rayonuna getdik. Orada yaşamalı olduq. Orada şair Musa Yaqubla görüşdüm. Faciə haqqında ona məlumat verdim. Kəlbəcərin işğalı ilə barışmazlıq ifadə edən yazımı redaksiyaya təqdim etdim. Musa müəllim yazını oxudu və müəyyən redaktələr etdi. “Kəlbəcəri verməmək olardı” adlı yazım mayın əvvəllərində “Cavanşir Yurdu” qəzetində çap olundu. Bundan sonra müxtəlif ziyalılarımız - müəllimlər, alimlər və jurnalistlər - Başlıbel faciəsi haqqında müxtəlif illərdə yazılar dərc etdirdilər. 2016-cı ildə bizim ilk qələbə soraqlı əməliyyatlarımızdan (Aprel döyüşləri) sonra hadisə yenidən gündəmə gəldi. Jurnalistlər bu mövzunu yenidən işlədilər. Faciə haqqında bütün bu sadaladığım və qeyd etdiyim məlumatlar kütləviləşdi, ölkə səviyyəsində yayıldı.  

Cənab Prezident İlham Əliyev BMT-nin tribunasından erməni vəhşiliklərinin ümumi təsvirini verəndə Başlıbel qətliamının da adını çəkdi. Dövlət başçısı Başlıbeldə günahsız əliyalın insanların təpədən dırnağadək silahlanmış ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən danışdı.

Cənab Prezident onların yalnız öz qəhrəmanlıqları və Allahın mərhəməti sayəsində xilas olduqları barədə məlumatı dünyaya yaydı”, - deyə o əlavə edib.

Əməkdar müəllim bildirib ki, Qərb dövlətləri ermənilərin törətdiyi digər vəhşiliklərə susduqları kimi Başlıbel faciəsinə də səssiz qalıblar.

“Bu qətliama görə Ermənistan cəzalanmayıb. Hətta heç bunu qınamayıblar da! Ümid edirik ki, Başlıbel faciəsi beynəlxalaq müstəvidə hüquqi qiymətini alacaq”.

BAKU.WS
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3

Region

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3
Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2

Region

Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2

Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2
Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 

Energetika

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 
Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Energetika

Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"

Biznes

Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"

Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"
Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq

Region

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq