Bugün
Azərbaycan və Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçiriləcək Azərbaycan və Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası keçiriləcək
Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır - RƏY Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır - RƏY
Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib
Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb
Samir Seyidəhmədli: "Naxçıvanda fəaliyyətə başlayan sahibkarların sayı 2 dəfədən çox artıb" Samir Seyidəhmədli: "Naxçıvanda fəaliyyətə başlayan sahibkarların sayı 2 dəfədən çox artıb"
Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək Azərbaycanın Baş nazirinin müavini Rusiyaya səfər edəcək
Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir" Şavkat Mirziyoyev: "Özbəkistan 2030-cu ilə qədər 20 QVt-dan çox “yaşıl enerji” həcmləri yaratmaq niyyətindədir"
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək
Naxçıvanda alternativ enerji istehsalı üçün ayrılan sahənin həcmi açıqlanıb Naxçıvanda alternativ enerji istehsalı üçün ayrılan sahənin həcmi açıqlanıb

19-04-2024, 00:50 22

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO SİZİN REKLAM BURADA! 055 213 76 73 Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “İran aktiv müharibə dövrünə qədəm qoyur və “Ermənistanı qorumaq”dan vaz keç
SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “İran aktiv müharibə dövrünə qədəm qoyur və “Ermənistanı qorumaq”dan vaz keçir” adlı analitik süjet hazırlanıb.

Verilişdə XXI əsrin 24 illik hərbi-siyasi keçmişinə nəzər salınır, dünyanın faktiki müharibələr dövrünü yaşadığı ön plana çəkilir.

Bildirilir ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi, bu günlərdə İranın İsrailə zərbə endirməsi Yaxın Şərqdə yeni gərginliyə yol açdı: “Baş verənlər mümkün İran-İsrail müharibəsinin təkcə Yaxın Şərqi yox, bütövlükdə dünyanı silkələcəyini deməyə əsas verir. XXI əsrin müharibələrində yeganə qalib ölkənin Azərbaycan olduğu isə hələ də dəyişməyən faktdır. Cəmi 44 gün davam edən müharibədə torpaqlarımız azad edildi, daha sonra ərazilərimizdəki separatizm toxumları təmizləndi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək XXI əsrin qalib ölkəsinə çevrildi. Bu, hər birimizin qürurla dilə gətirə biləcəyimiz reallıqdır”.

Qeyd olunur ki, sürətlə dəyişən dünyanın siyasi gələcəyi yenidən qurulur və aydındır ki, baş verənlər yerləşdiyimiz regiona – Cənubi Qafqaza da təsir edəcək: “Qlobal siyasətdə baş verənlər və siyasi xəritələrin dəyişməsi perspektivi ilə Azərbaycanın Qərbi Azərbaycan hədəfi arasında paralellik mövcuddur. Çünki geosiyasi mübarizə meydanına çevrilən Cənubi Qafqazın gələcək xəritəsində Qərbi Azərbaycan reallığı qaçılmazdır”.

Diqqətə çatdırılır ki, bu kontekstdə İran və İsrail arasında baş verə biləcək müharibə Ermənistan üçün kabus yaradacaq:

“Böyük müharibə indi başlamasa belə, artıq İran aktiv müharibə dövrünə qədəm qoyur və Tehran üçün “Ermənistanı qorumaq” bir nömrəli məsələ olmaqdan çıxır. Bu vəziyyətdə Ermənistan bölgədə tamamilə müdafiəsiz vəziyyətə düşür.

Ermənistan kifayət qədər ədalətli olan bu gündəliyi icra etməyəcəyi təqdirdə, bölgədə vəziyyət dəyişə və sülh gündəmi arxa plana keçə bilər. Rəsmi İrəvanın həyata keçirdiyi siyasət bu istiqamətdədir və belə görünür ki, Paşinyan hakimiyyəti qeyri-konstuktiv mövqe sərgiləməklə sülh danışıqlarının “imitasiyası” ilə məşğuldur.

Bu vəziyyət təbii ki, bütün ssenariləri, o cümlədən, hadisələrin hərbi müstəviyə keçidini də aktuallaşdırır. Bölgədəki şərtlər göstərir ki, hər keçən gün Ermənistanın ətrafındakı çəmbər daralmaqdadır və Azərbaycanın irəli sürdüyü gündəliyi qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistanı arxalandığı Qərb də xilas etməyəcək”.

Sonda vurğulanır ki, proseslər və proqnozlar Ermənistan üçün iki ssenarinin baş verəcəyi gözləntisini ön plana çıxarır:

“Bu ölkə ya dünya xəritəsindən silinəcək, ya da ərazisi kiçiləcək. Hər iki ssenarinin Qərbi Azərbaycan reallığı üzərindən başverəcəyi qaçılmaz gələcəkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında aprelin 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

BAKU.WS
VİDEO
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Region

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Region

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib

Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
Türkiyə ordusu İraqda şəhid verib

Region

Türkiyə ordusu İraqda şəhid verib

Türkiyə ordusu İraqda şəhid verib
Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Energetika

Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir

Mərkəzi Asiyanın “yaşıl enerjisi”: Azərbaycan, Qazaxıstan və Özbəkistan Avropanın enerji landşaftını dəyişir
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Region

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib

Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Biznes

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Region

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub

Region

Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub

Tbilisidə "Xarici təsirin qarşısının alınması haqqında" qanun layihəsinə qarşı etiraz aksiyası bərpa olunub