Bugün
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
Səlahəddin Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldilib - YENİLƏNİB Səlahəddin Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldilib - YENİLƏNİB
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY
Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib
TBMM sədri: Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr oktyabrda başlaya bilər TBMM sədri: Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr oktyabrda başlaya bilər
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul edib Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul edib
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk “166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 31 % azalıb Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 31 % azalıb

29-04-2024, 23:55 163

Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək Bu il Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq elmi konfrans və müsabiqə keçiriləcək. Reportun Ankara bürosu xəbər v

Bu il Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq elmi konfrans və müsabiqə keçiriləcək.

"Report"un Ankara bürosu xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təklifini Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu dəstəkləyib.

Ankaradakı diplomatik missiyamızda baş tutan görüş zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü ili Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzaladığını xatırladan Samir Abbasov bildirib ki, bununla əlaqədar Avrasiya Yazarlar Birliyi ilə birgə şeir müsabiqəsi təşkil oluna bilər. Həmçinin Azərbaycan ədəbiyyatından türk dilinə peşəkar tərcümələr edən nəzm və nəsr ustaları üçün təlimlər keçirilə bilər.

Təkliflərlə bağlı razılıq əldə olunub.

Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafı, Azərbaycan ədəbiyyatının Türkiyədə, Türk dünyasında daha yaxşı tanıdılması, birgə tədbirlər və layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Samir Abbasov türk dövlətləri arasında münasibətlərin inkişafında mədəniyyət, ədəbiyyatın mühüm rolu olduğunu və birgə ədəbi layihələrlə bağlı Avrasiya Yazarlar Birliyinin həyata keçirdiyi işlər barədə Yaqub Öməroğlu ilə fikir mübadiləsi aparıb.

Öməroğlu Avrasiya Yazarlar Birliyinin əsas məqsədinin mədəniyyət və ədəbiyyat sahəsində çalışanlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi, ölkələr arasında mədəni-ədəbi əlaqələri, habelə bütün türk dillərini inkişaf etdirmək, türk ədəbiyyatını bütün dünyada daha yaxşı tanıtmağa çalışmaq olduğunu bildirib. O, Azərbaycanla ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin həyata keçirildiyini qeyd edib.

Yaqub Öməroğlu Avrasiya Yazarlar Birliyinin hazırda bir sıra mühüm layihələri reallaşdırdığını, Beynəlxalq Mahmut Kaşqarlı hekayə müsabiqəsi və Dədə Qorqud Teatr əsər müsabiqəsi kimi ədəbi tədbirlərin keçirildiyini, Türk dünyasında yeni şair və yazıçıların yetişdirilməsi üçün “Yazı seminarları”, tanınmış ədəbiyyat simalarının yubiley və anım günlərinin, habelə bu mövzuda yeni nəşr olunmuş kitab təqdimatlarının təşkil edildiyini bildirib.

Görüşdə Azərbaycan ədəbiyyatı nümunələrinin türk dilinə tərcüməsi və tərcümə işi sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Daha sonra 2024-cü ilin oktyabr ayında Ankarada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycanın geniş təmsil olunması, ədəbi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlər səsləndirilib.

Tərəflər cari ilin payız aylarında Türkiyədə Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə və digər ölkələrin füzulişünas alimlərinin iştirakı ilə Beynəlxalq Elmi Konfransın keçirilməsi və bununla bağlı birgə iş aparılmasını razılaşdırıblar.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

Energetika

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirir

Region

Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirir

Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirir
La Liqada cari mövsümün ən yaxşı baş məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol

La Liqada cari mövsümün ən yaxşı baş məşqçisi mükafatına namizədlər açıqlanıb

La Liqada cari mövsümün ən yaxşı baş məşqçisi mükafatına namizədlər açıqlanıb
Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - YENİLƏNİB

Region

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - YENİLƏNİB

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - YENİLƏNİB
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik

Region

Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik

Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib

Futbol

"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib

"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək 

Futbol

Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək 

Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək 
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək