Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb
Far.Az xəbər saytı

Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.

Müdafiə Nazirliyindən Far.Az-ya verilən xəbərə görə, əvvəlcə general-polkovnik K.Vəliyev və Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Almatı şəhərində yerləşən 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra nümayəndə heyətimiz Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərb Tarixi Muzeyinə gəlib. Nümayəndə heyətinə muzeyin tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. General-polkovnik K.Vəliyev “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

Daha sonra Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzi ziyarət edilib. Azərbaycan nümayəndə heyəti mərkəzdə yaradılan infrastruktur və təhsil prosesi ilə tanış olub. Mərkəzin yaranma tarixi, təyinatı və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra Baş Qərargah rəisləri arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv şəkildə aparılması və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Prezident, birinci xanım və Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər