Seneqal sahillərində miqrant qayığının aşması nəticəsində ölənlərin sayı 39-a çatıb
Far.Az xəbər saytı

Seneqal sahillərində miqrant qayığının aşması nəticəsində ölənlərin sayı 39-a çatıb


Seneqal sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində həlak olanların sayı 39-a yüksəlib.

"Far.Az" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidmətləri məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı daha bir neçə nəfərin meyiti aşkarlanıb. Qayığın sərnişinlərindən yalnız birini xilas etmək mümkün olub.

Məlumata görə, Seneqalın şimalındakı Sen-Lui şəhərindən İspaniya sahillərinə doğru hərəkət edən qayıq bazar günü paytaxt Dakardan şimalda yerləşən Kebemer şəhəri yaxınlığında aşıb.

Qeyd edək ki, hadisə nəticəsində əvvəlcə 21 nəfərin öldüyü bildirilirdi. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər