Bugün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır
Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil
Ərdoğan: Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik- YENİLƏNİB Ərdoğan: Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik- YENİLƏNİB
Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq
Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
Mikayıl Cabbarov: “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək” Mikayıl Cabbarov: “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək”
İsmayıllıda təməli qoyulan “Coca-Cola”nın ikinci zavodu gələn il işə salınacaq İsmayıllıda təməli qoyulan “Coca-Cola”nın ikinci zavodu gələn il işə salınacaq

5-05-2024, 10:55 87

Xalçaçılığı ilmələrlə qoruyanlar  - REPORTAJ Xalçaçılığı ilmələrlə qoruyanlar - REPORTAJ Xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Hətta bu sənət xalqın rəmzinə çevrilib. Müxtəlif naxış elementləri və təsvirlə

Xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Hətta bu sənət xalqın rəmzinə çevrilib. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Azərbaycan xalçaları özünün müxtəlif bəzəklərinə və təbiiliyinə görə, dünyada seçilir. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 (Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax) növə bölünür. Onların əksəriyyəti quzu və ya qoyun yunundan hazırlanır, ipək növü isə eksklüziv olaraq ölkənin yeganə ipək istehsal edən bölgəsi olan Şəkidə hazırlanır.

Əvvəlcə qoyun yunu yetişdirilir, bu, adətən yaz və ya payızda edilir - sonra yuyulur, əyirilir və iplik üfüqi və ya şaquli dəzgahlarda toxunmazdan əvvəl boyanır. Təbii, qədim boyama üsulları Azərbaycanda hələ də ən əlverişlidir. Onlar qırmızı soğan, zəfəran, qoz qabığı və nar kimi bitkilərdən, meyvələrdən və tərəvəzlərdən alınır. Bu köhnə texnikalar zamanın sınağından şiddətlə keçdi.

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 (Quba, Bakı yaxud Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) xalçaçılıq məktəbinə bölünür.

Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə mayın 4-5 tarixlərində Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir. “Far.Az” bu festivalda xalçaçı qadınlarla həmsöhbət olub.

“Azərxalça” ASC-nin Kürdəmir filialının əməkdaşı Şəhla Məhərrəmova 6 ildir ki, xalça toxuduğunu qeyd edib: “Mən təsadüfən xalçaçılıqla tanış olmuşam. Əvvəl toxucu olmaq fikrim yox idi, lakin ətrafımda olan böyüklərdən öyrəndikcə, bu peşəyə marağım artdı. Bu gün mən çoxlu sayda xalçalar toxumağıma baxmayaraq hər zaman sahəmlə bağlı yenilikləri öyrənirəm.
Ən çox Şirvan, Quba, Qarabağ, Xarı Bülbül kimi növlü xalçalar toxumuşam. Əvvəllər daha çox yun xalça toxuyurduq, hazırda isə daha çox ipək xalçalara üstünlük verilir.

Onu da qeyd edim ki, bizim müəssisəmizə gələn gənc tələbələri də öyrədirik. Biz istəyirik ki, bu sənət itməsin, gəncələrə ötürülsün və millətin maddi dəyəri olaraq yaşasın”.

Onun sözlərinə görə, xalça həyatın gözəlliklərini əks etdirir: “Xalçanı toxuyarkən ona laqeyd yanaşılanda bu zaman xalça mükəmməl alınmayacaq. Xalçanın daha keyfiyyətli olması üçün onun qıraq bükümünə nəzər yetirmək lazımdır. Qıraq bükümü düz getməlidir. Xalçada yığılma-açılma olmamalıdır. Xalçada bu kimi keyfiyyətlər varsa xalça əla növ hesab edilir. Bu illər ərzində hər zaman əla növ xalça toxumuşam, bircə dəfə birinci növ xalça toxumuşam”.

Ağdam filialının toxucusu Dilber Abdullayeva bildirir ki, xalçaçılığa marağı nənəsi yaradıb: “O, xalça toxuyan olub.

Əvvəllər xalçaya baxanda deyirdim ki, bu cür al-əlvan rəngləri, bəzəkləri, necə yaradırlar. Artıq mən də bu cür xalçaları asanlıqla toxuyuram və tam peşəkar olmaq qərarına gəldim. Buna görə də Ağdamda xalçaçılıq kursunu bitirdim”.

O, artıq 6 ildir ki, “Azərxalça”nın Ağdam filialında toxucu işlədiyini bildirdi: “Tək özüm xalçalar toxumuşam. Eni 1,5 metr, uzunu 1,65 metr olan xalçanı bir aya təhvil verirəm.

Toxuyanda ailə qayğılarını düşünəndə səhv etmək olur. İstənilən səhvi asanlıqla düzəldə bilirəm. Hər səhv bir naxışdır. Lakin əsas məqsədim odur ki, səhv etməyim, dövlətin bizə verdiyi saplar, iplər məhv olmasın".

D.Abdullayeva uzun illər xalça toxuduğunu bildirərək, hər gün fərqli sirlərin üstünü açdığını qeyd edib: “Bir sözlə, çox sehirli sənətdir".

Onun sözlərinə görə, əsasən Qarabağ xalçaları toxuyub: "Bütün növ xalçaları toxumaq mənim üçün asandır. Lakin Qarabağ xalçalarını çox sevirəm. Bu xalçalar çox rəngarəngdir. Bununla yanaşı, bir dəfə Hindistan xalçaları da toxumuşam. Burda bıçaqdan istifadə etmək olmazdı. Bu xalça mənim üçün toxuduğum ən maraqlı xalçalardan olub".

D.Abdullayeva qeyd edib ki, xalçaçılıq ağır sənətdi: “İşləyərkən çalışırıq ki, fikrimiz, diqqətimiz ilmədə olsun. Bu sənət nə qədər ağır olsa da həyatdakı yük qədər ağır deyil. Ömrümüz ilmələrdə keçir.

Qızımın 12 yaşı var, qızıma ilmə vurmağı öyrətmişəm. Həmişə arzu edirəm ki, qızım tək toxucu yox, o cümlədən fərqlənən ustalardan, rəssamlardan olsun. Ətrafımda işimi dəyərləndirən hər kəsə sənətimi ötürmək istəyərəm. Sənətin məhv olmaması üçün çalışmaq lazımdır. Biz ölkəmizi mədəniyyətimizlə dünyaya təqdim edirik, xalçaçılarımız sənəti ilmələrlə qoruyur”.

“Azərxalça” ASC-nin Qəbələ filialının əməkdaşı Sevda Qəribova festivalın çox maraqlı keçdiyini vurğuladı: “Festivalda maraqlananlar, ilmə vurmaq istəyənlər çox idi".

Onun sözlərinə görə, hazırda ipək xalçalara üstünlük verilir: "Bu isə, çox məsuliyyətli işdir".

Qeyd edək ki, Azərbaycanda hər bir bölgəyə aid olan xalçalar o bölgənin milli, mənəvi ruhunu əks etdirir. Bu sənət uzun illərdir ki, nəsillərdən nəsillərə ötürülür.

Bununla yanaşı bu gün xalçalarımız dünyanı gəzir, həm özlərini, həm də Azərbaycanı tanıdırlar.

Azərbaycan xalçaları artıq dünyanın bir çox məşhur muzeylərində nadir sənət nümunəsi kimi saxlanılmaqdadır. İnanırıq ki, Azərbaycan xalçaları dünyanı daha fəth edəcək.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

Region

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib

Energetika

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib
"Azəriqaz"ın rəhbəri Horadizdə 5 rayonun vətəndaşları ilə görüşüb

Energetika

"Azəriqaz"ın rəhbəri Horadizdə 5 rayonun vətəndaşları ilə görüşüb

"Azəriqaz"ın rəhbəri Horadizdə 5 rayonun vətəndaşları ilə görüşüb
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Region

Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb

Futbol

Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb

Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər

Region

Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər

Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır

Energetika

SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır

SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır