Qiymət çox ucuz olsa da alıcıdan çox satıcı var - Heyvan bazarından
Son zamanlar paytaxtda quzu və dana ətinin qiymətində artım müşahidə olunur. Qəssablar bunu diri heyvan satışında bahalaşma ilə əlaqələndirirlər.
Bəs həqiqətən bölgələrdə heyvan bazarında vəziyyət necədir? Suala cavab tapmaq üçün BAKU.WS-in çəkiliş qrupu Ağcabədidə fəaliyyət göstərən diri heyvanların satıldığı bazara üz tutdu.
İlk növbədə qeyd edək ki, buradakı bazara ətraf bölgələrdən də axın olur. Həftənin şənbə və bazar günlərində bu bazarda böyük canlanma olur.
Bazara daxil olanda böyük canlanmanı müşahidə etdik. Lakin sonradan burada alıcılardan çox satıcıların olduğunu gördük.
Qiymətlərə gəlincə, çəkisindən, yaşından və cinsindən asılı olaraq danaların qiyməti 650-1500 AZN təşkil edir. Satıcılar deyir ki, heyvanların qiyməti bir ildir ki, eynidir.
Yəni nəzərə çarpacaq qədər artım yoxdur. Camış və inəklərin qiyməti də 1500-5000 AZN civarında dəyişir. Satıcılar deyir ki, qəssablar buradan diri heyvan alıb, kəsən zaman, xalis etin qiyməti hardasa 8-9 AZN arasında dəyişir.
Quzuların qiyməti isə 230 AZN-dən başlayıb, 500 AZN-ə qədər dəyişir. Bununla da, təmiz quzu ətirnin qiyməti təxminən 14-17 AZN edir.
Qoyun və qoçların qiyməti isə 400-800 AZN ətrafında dəyişir. Bununla da, xalis ətin kiloqramı hardasa 9-10 AZN təşkil edir.
Qeyd edək ki, ilk baxışdan alıcı azlığı müşahidə olunsa da, bu bazarda həftə sonları hər gün yük maşınları heyvanlarla doldurulur və Bakıya yola salınıb.
Çünki burada heyvanların və ətin qiyməti Bakıya nisbətən qat-qat ucuzdur. Həm də, buradakı ətin dadı paytaxtda satılan heyvanların ətindən qat-qat dadlıdır.
Bazardan hazırladığımız foto və video reportajı təqdim edirik:
Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO





















