Bugün
Türkiyə PUA-sı İranda Rəisinin helikopterini axtarır Türkiyə PUA-sı İranda Rəisinin helikopterini axtarır
Rəisinin helikopterinin sərnişini iki dəfə mobil əlaqə saxlayıb Rəisinin helikopterinin sərnişini iki dəfə mobil əlaqə saxlayıb
SEPAH komandanı İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib SEPAH komandanı İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib
Türkiyə İrana hərbi helikopter və PUA göndərib Türkiyə İrana hərbi helikopter və PUA göndərib
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib
Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi
İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək
Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik
KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib

8-05-2024, 23:50 114

Qərbi Azərbaycan Xronikası: Rus-İran müharibəsinin qurbanı - Paşalı + VİDEO Qərbi Azərbaycan Xronikası: Rus-İran müharibəsinin qurbanı - Paşalı + VİDEO SİZİN REKLAM BURADA! 055 213 76 73 Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin izini itirmək üçün a
SİZİN REKLAM BURADA!
055 213 76 73


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin izini itirmək üçün adını dörd dəfə dəyişdirdiyi Paşalı rayonu haqqında süjet hazırlanıb.

“Qaregin Njdenin sovetlərə qarşı müqavimət mərkəzi” adlı süjetdə oğuz türklərinin yaşadığı bu ərazidə yerli əhalisinin sıxışdırılaraq etnik tərkibinin dəyişdirilməsindən və yer-yurd adlarının yadlaşdırılmasından bəhs olunub.

Bildirilib ki, Qərbi Azərbaycanın Dərələyəz mahalında ilk adı Soylan olan və toponimi “Paşalı” nəsil adı əsasında əmələ gələn eyni adlı rayonun ərazisi XVI əsrin əvvəllərində Səfəvi dövlətinin, sonra İrəvan xanlığının tərkibinə daxil olub. 16-17-ci əsrlərdə bu ərazinin döyüş meydanlarına çevrilməsi, 19-cu əsrdə ermənilərin bu əraziyə gəlişi nəticəsində bir çox tarixi abidə, kənd dağıdılıb, yerli əhali köçkün salınıb.

Qeyd olunub ki, 1918-ci, eləcə də 1930-cu illərdə kəndlərdən yerli əhali qovulub və yerinə Türkiyədən gətirilmə ermənilər yerləşdirilib. 1918-1920-ci illərdə rayon Qaregin Njdenin rəhbərliyi altında sovet hakimiyyətinə qarşı müqavimətin əsas mərkəzlərindən birinə çevrilib. 1921-ci ilin iyulunda bolşeviklərin əlinə keçən Soylan/Paşalı ərazisi Ermənistan SSR-in inzibati ərazi bölgüsünə daxil edilib. 1932-ci ildə çap olunan “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi” kitabında Paşalı rayonunun ərazisində 60 kəndin olduğu göstərilir.

Diqqətə çatdırılıb ki, mərkəzi Paşalı olan eyni adlı rayon rəsmən 1931-ci il oktyabrın 15-də yaradılıb, 1956-cı il oktyabrın 12-dən etibarən Azərbaycanın bolşevik inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb. 1991-ci ildə adı yenidən dəyişdirilərək Vayk rayonu qoyulub. Azərbaycanlılar 1988-ci ilin noyabr-dekabr aylarında yaşadıqları bütün kəndləri tərk ediblər. Bu deportasiyadan sonra rayon üzrə 21 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il noyabrın 7-də Paşalı, yəni Vayk rayonuna şəhər statusu verilib və mərkəzi Keşişkənd, yəni Yeğeqnadzor olan Vayots Dzor mərzliyinə daxil edilib.

Sonda vurğulanıb ki, tarix boyu Azərbaycan torpaqlarına göz dikən ermənilər havadarlarının dəstəyi ilə bu qədim türk-oğuz yurduna da sahib çıxıblar: “Lakin əminik ki, bu bölgənin əsl sahibi olan azərbaycanlılar yeni reallıqlara əsaslanaraq əzəli torpaqlarına qayıdacaq, hayların məkrli planlarını, xəyal və arzularını birdəfəlik puç edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Far.Az
VİDEO
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib

Region

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

Region

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib
Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

Region

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi
İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"ı məğlub edib

Futbol

İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"ı məğlub edib

İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"ı məğlub edib
Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub - YENİLƏNİB

Futbol

Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub - YENİLƏNİB

Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub - YENİLƏNİB
İngiltərə Premyer Liqası: "Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub

Futbol

İngiltərə Premyer Liqası: "Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub

İngiltərə Premyer Liqası: "Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub
İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək

Region

İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək

İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək
Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Region

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik