Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib
Far.Az xəbər saytı

Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib


Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib.

"Report" Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətinə istinadən xəbər verir ki, birincilikdə 30-dan çox idmançı mübarizə aparıb.

Kişilər arasında Bəhmən Nəsiri ən yaxşı nəticəni göstərib. O, 2000 metr şərti məsafəni 5.49.9 dəqiqəyə başa vurmaqla həm də dünya konsept yarışlarında ən yaxşılar sırasında yer alıb. Belə ki, sonuncu dünya çempionatının nəticələri ilə müqayisədə Nəsirinin nəticəsi 4-cü olub.

Murad Sadıxov ikinci, Ziya Məmmədzadə üçüncü yeri tutub.

1000 metr məsafədə 2007-2010-cu il təvəllüdlü oğlanlar arasında Məhəmməd Həsənov birinci, Sabit Abdullayev ikinci, Ümid Abbaszadə 3-cü olub.

500 metr məsafədə 2010-2013-cü il təvəllüdlü oğlanların mübarizəsində Ruslan Fərəcov bütün rəqiblərini üstələyib. Şamil Şəfizadə ikinci, Yusif Əliyev üçüncü pillədə qərarlaşıb.

2007-2010-cu il təvəllüdlü qızlar arasında 500 metr məsafəyə yarışda Valeriya Vaskovska fəxri kürsünün ilk pilləsinə qalxıb. Sara Mirzəyeva ikinci, Fatimə Məhərrəmli üçüncü olub.

Qaliblər AKAF tərəfindən diplomla mükafatlandırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər