Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Far.Az xəbər saytı

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər


İrəvanda Ermənistan və Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə komissiyalarının görüşü keçirilib.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyanın və Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın həmsədrliyi ilə keçirilib.

"Tərəflər komissiyaların işinin bərpasını alqışlayıb və Ermənistan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün dövlət sərhədinin delimitasiyası prosesinin vacibliyini vurğulayıblar. Tərəflər prosesin davamlı dialoq vasitəsilə və konstruktiv ruhda başa çatdırılmasında qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər", - məlumatda bildirilib.

Oxşar xəbərlər

AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
AQEM-in 7-ci Zirvə Görüşü keçirilir, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər