Dini Komitənin sədri: Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılması vacibdir
Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının mühüm məqamlardan biridir.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Siyəzən şəhəri “Cümə” və Siyəzən rayonunun Sədan və Yenikənd kənd məscidlərini ziyarət zamanı din xadimləri ilə söhbətində deyib.
Onun sözlərinə görə, ölkədə toleranlıq mühitinin qorunub-saxlanması, müxtəlif dinlərə mənsub vətəndaşların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasi kursun nəticəsidir.
R. Məmmədov vurğulayıb ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən fərqli dinlərə aid mənəvi irsin bərpası və qorunması məqsədilə həyata keçirilən layihələr dini dəyərlərə həssas münasibətin bariz nümunəsidir. Azərbaycanda birgəyaşayış ənənəsinin təşviqi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətlərini təşkil edir.
Görüşlər zamanı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının qarşısının alınmasının vacibliyinə də toxunan Ramin Məmmədov bildirib ki, din insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemidir.
O qeyd edib ki, dinin ayrı-ayrı qrupların maraqlarının ideoloji interpretasiyası kimi təqdim edilməsi fəsadlar doğura bilər. Bu cəhdlərin qarşısını almaq üçün ən effektiv üsullardan birinin dini maarifləndirmə olduğunu qeyd edən Dini Komitənin sədri din xadimlərinin üzərinə milli-mənəvi dəyərləri düzgün təbliğ etmək kimi məsuliyyətli vəzifənin düşdüyünü vurğulayıb.
Din xadimləri isə maarifləndirmə işlərinin daha da genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin dini sahəyə göstərdiyi qayğı, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirdiyi tədbirlər üçün minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Hakan Fidan misirli həmkarı ilə İran-ABŞ danışıqlarını müzakirə edib
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb













