Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT
Far.Az xəbər saytı

Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT


Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.

“Far.Az”un Qərb bürosunun məlumatına görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.

Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar. Ehtimal edilir ki, Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edən şəxs həmin partlayıcı maddəni müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapıb. Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.

Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Goranboyda kişi gəlininin evinin önünə qumbara atıb, xəsarət alan var
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər