Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib
Far.Az xəbər saytı

Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib


İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid baş leytenant İsmayılov Əbu Bəkr Vüqar oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələri və bir qrup məktəblinin iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Çıxış edən döyüş yoldaşları şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər