Amerikada bu şərtləri ödəyənlərə yaşamaq icazəsi və vətəndaşlıq yolu açılacaq
Far.Az xəbər saytı

Amerikada bu şərtləri ödəyənlərə yaşamaq icazəsi və vətəndaşlıq yolu açılacaq


ABŞ Prezidenti Donald Tramp ölkədə iş yerləri yaradacaq xarici investorlar üçün 5 milyon dollar qarşılığında "qızıl kart" satacaqlarını açıqlayıb. Bu kart sahibinə yaşamaq icazəsi və vətəndaşlığa keçid imkanı verəcək.

Far.Az haber global-a istinadən xəbər verir ki, Tramp imzaladığı fərmanlardan sonra verdiyi açıqlamada bildirib ki, yeni proqram çərçivəsində varlı şəxslər ABŞ-də sərmayə qoyaraq yaşayış icazəsi və gələcəkdə vətəndaşlıq əldə edə biləcəklər.

"O, təxminən 5 milyon dollar dəyərində olacaq və sahibinə "yaşıl kart" imtiyazları təqdim edəcək. Eyni zamanda, vətəndaşlığa keçid üçün bir yol açacaq", – deyə Tramp vurğulayıb.

ABŞ lideri varlı investorların bu kartı alaraq ölkəyə gələcəyini, burada böyük məbləğlər xərcləyəcəyini, yüksək vergi ödəyəcəyini və yeni iş yerləri yaradacağını bildirib. Tramp proqramın detallarının yaxın iki həftə ərzində açıqlanacağını əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda ödənişli yoldan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?- ARAŞDIRMA
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər