641 fələstinli məhbus əsrlikdən azad edilib
Far.Az xəbər saytı

641 fələstinli məhbus əsrlikdən azad edilib


HƏMAS və İsrail arasında aparılan danışıqlardan sonra 641 fələstinli məhbus azad olunub. Bunun qarşılığında HƏMAS 4 israillinin cəsədini Qırmızı Xaç qruplarına təhvil verib.

Far.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İsrailin azad edəcəyini vəd etdiyi fələstinli məhbuslar Qırmızı Xaç avtobusları ilə Ofer həbsxanasını tərk edərək Ramallah yaxınlığındakı Beytuniya keçid məntəqəsinə yola düşüblər.

HƏMAS-a bağlı Məhbuslar Media Ofisinin açıqlamasına görə, azad edilən məhbuslardan 151-i ömürlük və ya uzunmüddətli həbs cəzası alanlardır. Onlardan 42-si İordan çayının qərb sahili və Qüdsə, 12-si Qəzzaya, 97-si isə xaricə göndəriləcək.

Bundan əlavə, 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağından götürülən daha 490 fələstinli məhbus, o cümlədən 45 qadın və uşaq da azad olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İsrail Qəzza razılaşması üzrə 200 fələstinlinin azad edilməsini təsdiqləyib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İsrail Ordusu İordan çayının qərb sahilində əməliyyatları genişləndirib
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər