Göz əməliyyatında YENİLİK! Diş vasitəsilə…
Kanadada görmə qabiliyyətini itirən Brent Chapman üçün ümid işığı doğub. 13 yaşında Stevens-Johnson sindromu səbəbindən hər iki gözünü itirən Chapman 50-dən çox əməliyyatdan sonra hələ də görmə qabiliyyətini bərpa edə bilməyib.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, "Vancouver"dakı Mount Saint Joseph Xəstəxanasında həyata keçirilən və ölkədə ilk dəfə tətbiq olunan osteo-odonto keratoprotez (OOKP) əməliyyatı nəticəsində, Chapman-in öz dişindən bir parça gözünə yerləşdirilib.
Əməliyyatın ilk mərhələsində xəstənin dişi çıxarılıb və üzərinə teleskopik mərcek yerləşdirilib və müvəqqəti olaraq yanağa qoyulub. Bir neçə ay ərzində yeni toxumaların yaranması gözlənilib, daha sonra diş gözünə yerləşdirilib. Əməliyyat yalnız bir göz üçün həyata keçirilir.
Xəstənin əməliyyatını yönləndirən Dr. Greg Moloney dişin tərkibində olan ən sərt maddə olan dentinin gözü dəstəkləməkdə əla rol oynadığını və xəstənin öz toxumalarının istifadə olunmasının rədd edilmə riskini azaldığını qeyd edib. 2022-ci ildə aparılan araşdırmaya görə, belə əməliyyatlardan sonra xəstələrin 94%-i görmə qabiliyyətini qoruyub saxlayır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Yeni Kaledoniyadakı Saint-Luis qəbiləsi Fransaya etiraz olaraq məhkəmə müraciəti yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













