Qarik Matrosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam
Far.Az xəbər saytı

Qarik Matrosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam


Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qarik Matrosyan sərbəst ifadəsində bəzi məsələləri etiraf edib.

"Report" xəbər verir ki, o, Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: "İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.

Oxşar xəbərlər

Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb - YENİLƏNİB
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər