Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
Far.Az xəbər saytı

Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi


44 günlük Vətən müharibəsi Azərbaycan analarının verdiyi tərbiyəni göstərir.

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, uşaqların tərbiyəsində və şəxsiyyət kimi formalaşmasında qadınların rolu daha böyükdür.

Hicran Hüseynova qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Qarabağı heç vaxt görməyən gənclərin yüksək vətənpərvərlik hissləri ilə döyüşlərə qatılması, şəhid və qazi olması ailələrində aldıqları güclü tərbiyənin nəticəsidir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan qadınlarına, xüsusilə analara minnətdar olmalıyıq. Çünki onlar nəsillər boyu mədəniyyət və dəyərlərin ötürücüləridir.

Onun sözlərinə görə, qadınlar təhsil və tərbiyə vasitəsilə dürüstlük, bütövlük, əməkdaşlıq və qarşılıqlı hörmət kimi etik prinsiplərin, sosial dəyərlərin aşılanmasına töhfə verirlər.

Hicran Hüseynova əlavə edib ki, qadınların səlahiyyətləndirilməsi, mədəni və sosial fəaliyyətlərdə iştirakının artırılması istənilən cəmiyyətin gələcəyi üçün vacib sərmayədir.

Oxşar xəbərlər

Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər