SOCAR-ın "Yaşıl istiqraz"larına abunə yazılışı başa çatıb
Far.Az xəbər saytı

SOCAR-ın "Yaşıl istiqraz"larına abunə yazılışı başa çatıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Yaşıl istiqraz"larına abunə yazılışının yekunlaşması ilə bağlı tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir. "Yaşıl istiqraz"larla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək. İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik", - deyə o qeyd edib.

Xatırladaq ki, "Yaşıl istiqraz" emissiyasının ümumi məbləği 200 milyon ABŞ dollarıdır. Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. İstiqrazlardan əldə olunacaq vəsait "SOCAR Green" MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.

SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Kapital Bank"ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
"Kapital Bank"ın dollar istiqrazlarına abunə yazılışı başladı
“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər