Türkiyənin Baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi tarixi hadisədir
Far.Az xəbər saytı

Türkiyənin Baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi tarixi hadisədir


İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi həqiqətən, mühüm tarixi hadisədir.

Far.Az xəbər verir ki, bunu report-a açıqlamasında Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələr üzrə uğurla inkişaf etdirilir və genişlənir:

"Ötən günlərdə tarixi hadisənin şahidi olduq. Əsası 2003-cü ilin sentyabrında iki ölkənin prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan təbii qaz kəməri layihəsi Türkiyə və Azərbaycan dövlət başçıları tərəfindən qısa müddətdə tamamlanaraq çərşənbə günü istifadəyə verildi.

Bu, Azərbaycanın təbii qaz təchizatının təhlükəsizliyi baxımından çox mühüm layihədir. Layihənin istifadəyə verilməsi Naxçıvan üçün həqiqətən, tarixi hadisədir. İnarıam ki, qarşıdakı dövrdə də azərbaycanlı qardaşlarımızla birlikdə daha böyük layihələr həyata keçirəcəyik".

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər