Türkiyənin xüsusi xidmət orqanları PKK-nın təhlükəli terrorçusunu zərərsizləşdirib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər yayıb.
Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.
Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı 26 türk təhlükəsizlik qüvvələrinin həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.
PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyətləri ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.
Oxşar xəbərlər
Türkiyə MİT-i PKK-nın dron hücumlarını təşkil edən əsas liderini zərərsizləşdirdi - FOTO
Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb
Türkiyə MİT PKK-nın dron hücumlarından məsul üzvünü İraqda zərərsizləşdirib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Tanınmış türk müğənnisi bayraq altında elə foto paylaşdı ki... - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













