İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
29 noyabr 2026-cı il tarixində PASHA Holding-in təşkilatçılığı ilə "The Ritz-Carlton, Baku" hotelində ikinci INMerge İnvestisiya Forumu keçirilib.
Ötən il ilk dəfə təşkil olunan Forumun yaratdığı əməkdaşlıq platformasını daha da genişləndirən builki tədbir 14 ölkədən 150-dən çox iştirakçını bir araya gətirib. İştirakçıların təmsil etdikləri qurumların idarə etdiyi aktivlərin ümumi dəyəri 700 milyard ABŞ dollarını ötür.
Forumda ilkin mərhələdən inkişaf mərhələsinədək müxtəlif mərhələlərdə startaplara investisiya yatıran vençur kapitalı fondlarının 45 idarəedici tərəfdaşı (GP), banklar, inkişaf bankları və suveren investisiya fondları da daxil olmaqla 16 institusional investor (LP), korporativ vençur investisiyaları sahəsində fəaliyyət göstərən 7 şirkət, eləcə də dövlət qurumlarının və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.
Gün ərzində davam edən Forumun proqramı regionun inkişaf edən investisiya mühitinin və qlobal kapital bazarlarına inteqrasiya imkanlarının müzakirəsinə həsr olunub. Proqram KPMG-nin regionun investisiya mühitinə dair icmalı ilə başlayıb, daha sonra RISE tərəfindən Azərbaycan və Gürcüstanda vençur kapitalı bazarının mövcud vəziyyətinə dair təqdimatla davam edib.
Panel müzakirələrində regionun beynəlxalq kapitala çıxış imkanlarının genişləndirilməsi, erkən mərhələdə fəaliyyət göstərən investorların perspektivli investisiya imkanlarını bazar tərəfindən geniş tanınmazdan əvvəl müəyyən etməsi, eləcə də ayrı-ayrı inkişaf etməkdə olan frontier bazarlarının vahid və investorlar üçün cəlbedici regional vençur bazarında birləşdirilməsi imkanları diqqət mərkəzində olub.
Forum növbəti investisiya dövrünün perspektivlərinə həsr olunan müzakirə ilə yekunlaşıb. İştirakçılar süni intellekt sahəsinə yönələn hazırkı investisiya dalğasından sonrakı mərhələdə investorların diqqətini cəlb edə biləcək texnologiya və sektorları nəzərdən keçiriblər.
Forumda Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan Biznesinin İnkişafı Fondu, Türk İnvestisiya Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), PASHA Financial Holding, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Bir Ecosystem, PAŞA Bank, Alem Ventures, Sturgeon Capital, 500 Global, 212 və digər nüfuzlu qurumların nümayəndələri iştirak ediblər.
İkinci dəfə təşkil olunan INMerge İnvestisiya Forumu miqyasını və beynəlxalq əhatə dairəsini genişləndirməklə Bakının aparıcı regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir. Forum Mərkəzi Avrasiya, Yaxın Şərq və qlobal kapital bazarları arasında əlaqələrin gücləndirilməsi, uzunmüddətli investisiya tərəfdaşlıqlarının qurulması və regionda beynəlxalq investisiya əməkdaşlığının inkişafı üçün mühüm platforma rolunu oynayır.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İkinci "INMerge" İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













