Bugün
Gürcüstanda aksiyaçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz üçün meydana toplaşırlar Gürcüstanda aksiyaçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz üçün meydana toplaşırlar
Blinken və Paşinyan Ermənistanın Azərbaycanla delimitasiyasını müzakirə ediblər Blinken və Paşinyan Ermənistanın Azərbaycanla delimitasiyasını müzakirə ediblər
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq cəhdləri intihardır Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq cəhdləri intihardır
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
“Modern Diplomacy”: Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir “Modern Diplomacy”: Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb
Ukraynanın baş komandanı cəbhədəki vəziyyətin ağırlaşdığını açıqlayıb Ukraynanın baş komandanı cəbhədəki vəziyyətin ağırlaşdığını açıqlayıb
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
Türkiyə ordusu İraqda və Suriyada 3 terrorçunu zərərsizləşdirib Türkiyə ordusu İraqda və Suriyada 3 terrorçunu zərərsizləşdirib

24-08-2022, 14:50 641

Monqolustanda türk tarixinə aid unikal abidə kompleksi aşkarlanıb - FOTO Monqolustanda türk tarixinə aid unikal abidə kompleksi aşkarlanıb - FOTO Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin

Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.

Far.Az xəbər verir ki, kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılıb, torpaq qalaqlanaraq qala inşa edilib.

Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib.

Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur.

Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır.

Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir.

Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

Qeyd edək ki, Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və Türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək.

Məlumat üçün bildirək ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. “Covid-19” pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa edilib.

“Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçisi arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından Porf. Dr. Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer alıb.

Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilmişdir. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar edilib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb

Region

Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb

Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb
Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Region

Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Salah “Liverpul”un baş məşqçisi ilə mübahisə edib

Futbol

Salah “Liverpul”un baş məşqçisi ilə mübahisə edib

Salah “Liverpul”un baş məşqçisi ilə mübahisə edib
“İYİ” Partiyasının yeni sədri məlum olub

Region

“İYİ” Partiyasının yeni sədri məlum olub

“İYİ” Partiyasının yeni sədri məlum olub
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib

Region

Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib

Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Region

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Region

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
Azərbaycan Premyer Liqasında XXXII tura start verilib 

Futbol

Azərbaycan Premyer Liqasında XXXII tura start verilib 

Azərbaycan Premyer Liqasında XXXII tura start verilib