"Astara" gömrük postunda yük avtomobilindən "kahı" formasında aparılan narkotik vasitə aşkar edilib
Yük nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.
Bu barədə BAKU.WS-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" yükü aparan nəqliyyat vasitəsi "Astara" gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.
Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Rusiyaya gedən maşında külli miqdarda narkotik tapıldı
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İrandan Rusiyaya aparılan alma yüklü avtomobildə külli miqdarda narkotik aşkarlanıb
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir













