Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Kəngərli rayonunda "Az və xeyli miqdarda olan narkotik vasitələr və psixotrop maddələr" məhv edilib.
BAKU.WS xəbər verir ki, proses az və xeyli miqdarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya üzvlərinin iştirakı ilə baş tutub.
Kəngərli rayonu ərazisində yerləşən boş ərazidə 0,2 qram təşkil edən və üzərində "M20" yazılmış 09 ədəd narkotik vasitə olan "metadon" dərman preparatı, 1,705 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 5,618 qram narkotik vasitə həşiş qətranı, 98 həb güclü təsiredici maddə "tramadol" dərman preparatı, 1,189 qram psixotrop maddə metamfetamin, 1,210 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 4,359 qram narkotik vasitə hesab edilən tiryək, 11 həb güclü təsir edən maddə tramadol dərman preparatı, 7 bütöv və 3 yarım həb psixotrop maddə buprenorfin dərman preparatı, 42,009 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 5,425 qram narkotik vasitə hesab edilən tiryək, 0,387 qram narkotik vasitə hesab edilən tiryək, 17,353 qram marixuana, 7,349 qram həşiş qətranı olan narkotik vasitələr və 10 ədəd "tramadol" dərman preparatı, 13 ədəd həb parçası narkotik vasitə olan "metadon" dərman preparatı və 10 həb psixotrop maddə olan "buprenorfin" dərman preparatı, 14,003 qram narkotik vasitə hesab edilən tiryək, 9,897 qram narkotik vasitə hesab edilən tiryək, 198 həb "tramadol" dərman preparatı, 199 həb "tramadol" dərman preparatı, 0,148 qram narkotik vasitə hesab edilən tiryək, 18 həb güclü təsiredici maddə "tramadol" dərman preparatı, 0,924 qram narkotik vasitə hesab edilən həşiş qətranı, 41 həb psixotrop maddə "buprenorfin" dərman preparatları, 2 ədəd həb güclü təsiredici maddə "tramadol" dərman preparatı, 17 həb psixotrop maddə "buprenorfin" dərman preparatları, 42,657 qram narkotik vasitə hesab edilən tiryək, 6,404 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1,530 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1,819 qram psixotrop maddə metamfetamin, 08 ədəd bütöv həb, 47 ədəd parça həb güclü təsiredici maddə "tramadol" dərman preparatı və 2,144 qram qurudulmuş marixuana yandırma üsulu ilə məhv edilib.
Qeyd edilən narkotik vasitələr 2023 və 2024-cü illər ərzində Kəngərli rayonu ərazisində müsadirə olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu ilin səkkiz ayı ərzində beş tondan çox narkotik dövriyyədən çıxarılıb
Bu il 45 əcnəbi saxlanılıb, onlarda 110 kq-dan çox narkotik aşkar edilib
İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
Azərbaycanda avtomobil yollarında 4 yerdə 6 elektron tərəzi quraşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













