Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub
Azərbaycan güləşçiləri İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub.
Güləş Federasiyasından "Far.Az"a verilən məlumata görə, sərbəst güləşçilərimiz son yarış günündə 2 medal (1 gümüş, 1 bürünc) qazanıb.
Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Muhəmməd İsmayılov (51 kq) iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.
Nihad Abasov (71 kq) 1/8 finalda amerikalı Melvin Millerə (0:11), Fərhad Süleymanlı (92 kq) təsnifat mərhələsində digər amerikalı Con Diakomihalisə (3:7) uduzub.
Qeyd edək ki, ötən gün Hüseyn Hüseynovla (55 kq) Muxamad Qantemirov (110 kq) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb - FOTO
Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
-
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
-
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
-
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər
-
Azərbaycan Premyer Liqası: III turda bu gün daha iki qarşılaşma baş tutacaq
-
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir














