Azərbaycan - Haiti oyununda ilk hissə başa çatıb
Far.Az xəbər saytı

Azərbaycan - Haiti oyununda ilk hissə başa çatıb


Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ilk hissə başa çatıb.

 BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.

*** 21:55

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.

9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.

*** 21:50

Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.

BAKU.WS report-a istinadən xəbər verir ki, görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.

Matçı Türkiyəli baş hakim Kadir Sağlam idarə edir.

*** 21:01

Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Haiti yığmalarının start heyətləri açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Ozan Can Kökcü, Coşqun Diniyev, Nəriman Axundzadə, Mahir Emreli, Toral Bayramov;

Haiti: Pyerr, Eksperiens, Ade, Düvern, Arkus, Jan-Yaskes, Pyerr, Attis, Pyerro, Don Dedson, Nazon.

*** 09:40

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

Dördüncü hakim: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər