Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər
Far.Az xəbər saytı

Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər


Azərbaycanda avtomobillər üçün mühərrik və transmissiya yağlarının, eləcə də sənaye yağlarının təhlükəsizliyi və keyfiyyətinə dair yeni tələblər müəyyənləşdirilir.

Far.Az-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev media təlimində məlumat verib.

Onun sözlərinə görə, "Sürtkü materialları, yağları və xüsusi mayelərin təhlükəsizliyi haqqında Texniki Reqlament" layihəsi təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.

Layihə sənaye yağlarını, mühərrik yağlarını, transmissiya yağlarını və digər xüsusi mayeləri əhatə edir.

Elməddin Quliyev bildirib ki, sənəddə bu məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə, sənədləşdirilməsinə, etiketlənməsinə, həmçinin istehlakçıların məlumatlandırılmasına dair tələblər nəzərdə tutulur.

Diqqətçəkən məqamlardan biri də işlənmiş sürtkü materialları ilə bağlıdır. Belə ki, layihədə onların toplanması, saxlanması və utilizasiyasına dair tələblər də müəyyənləşdirilir.

Yeni qaydalara əsasən, məhsulların müəyyən edilmiş tələblərə uyğunluğu uyğunluq bəyannaməsi vasitəsilə təsdiqlənəcək.

Qeyd edək ki, texniki reqlament layihəsi hələ təsdiqlənməyib və Nazirlər Kabinetinə təqdim olunub. Sənədin nə vaxt qüvvəyə minəcəyi ilə bağlı isə konkret tarix açıqlanmayıb.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
"Birliyin Gücü-2026" təlimində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilir
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər