Məntəqə sədri: Artıq seçkiyə tam hazırıq, seçicilərə bildirişlər paylanılıb
Artıq məntəqə seçkiyə tam hazırdır, seçicilərə bildirişlər paylanılıb.
Bunu "Far.Az"un Qarabağa ezam olunmuş müxbirinə Ağdam şəhərində yerləşən 48 saylı seçki məntəqəsinin sədri Arzu Rəhimova deyib.
Onun sözlərinə görə, bu məntəqə üzrə 459 seçici var: "Sentyabrın 1-də seçicilərimiz aktivlik göstərərək gəlib səsvermə hüququndan istifadə edəcək. Seçicilərimiz içində ən yaşlısının 63 yaşı var".
A.Rəhimova bildirib ki, artıq ikinci dəfədir azad olunmuş Ağdamda seçki keçirilir: "Azad Ağdamda bu gözəl hissi ilk dəfə növbədənkənar prezident seçkilərində yaşamışıq. Gözəl hissdir ki, 30 il işğalda qalan rayonda seçki olur. Ali Baş Komandana, hərbçilərimizə, şəhid və qazilərimizə təşəkkür edirik, bu gözəl hissi bizə yaşatdılar".
Oxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Azad olunmuş Ağdamda 4, Xocalıda 3 seçki məntəqəsi formalaşdırılıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
68 saylı Sabirabad-Şirvan seçki dairəsində yaşı 100-dən yuxarı 4 seçici var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı













